İran-Ermənistan sərhədində nə baş verir? – Sürücülər yolu bağlayıblar


Ermənistanda bir qrup sürücü İran-Ermənistan sərhədində yerləşən “Aqarak” keçid məntəqəsində yolu bağlayıblar.  
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar İran hakimiyyətinin erməni sürücülər üçün dizel yanacağının qiymətini kəskin şəkildə artırmaq qərarına etiraz edirlər.
Bildirilir ki, mövcud qaydalara görə, Ermənistana məxsus yük maşınları yanacaqsız İrana daxil olub, çənləri dolu geri qayıtmalıdır. Lakin, İran bu yaxınlarda dizelin qiymətini onlar üçün bir yarım dəfə qaldırıb.
Yük maşınlarının sürücüləri İranda keçid məntəqələrindən keçmək üçün verilən kuponların yalnız fars dilində olmasından və ermənicə təkrar olunmamasından narazıdırlar. Ermənistanın Dövlət Gəlirləri Komitəsi hələlik vəziyyəti şərh etməyib.

DİGƏR XƏBƏRLƏR

Top