“Shokki Mokki” markası COP29 çərçivəsində şəhid övladları üçün ustad dərsləri təşkil edir – Fotolar


“Shokki Mokki” markası, COP29 çərçivəsində “Yaşıl zona”da şəhid, qazi övladları və həssas qrupa aid uşaqlar üçün xüsusi ustad dərsləri təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, 17 noyabr tarixində keçirilən bu tədbir, markanın “Məktəbim” layihəsi çərçivəsində həyata keçirilib.
“Shokki Mokki”, sosial məsuliyyəti dərk edən və cəmiyyətə faydalı olmağı prioritet edən bir marka olaraq, Bakıda və bölgələrdə həssas qrupa daxil uşaqların məktəbəqədər təhsillə təmin edilməsinə töhfə verir.
Qeyd edək ki, COP29 tədbirlərinin keçirildiyi Yaşıl zonada 18 noyabr tarixində hər kəsə açıq ustad dərsləri təşkil ediləcək.
“Shokki Mokki” hər kəsi bu tədbirdə iştirak etməyə dəvət edir.


DİGƏR XƏBƏRLƏR

Top