Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.
Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz edilməli, hər hektarda ən azı 2 450 sertifikatlı ting əkilməlidir.
Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.
Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyvə ixracında da artım qeydə alınır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.