Bu futbolçular Azərbaycan millisinin heyətindən çıxarıldı – Rəsmi


Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveç ilə matçda iştirak etməyəcək.
Bildirilir ki, Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün İsveçə aparılmayıb.
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top