ABŞ-də meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” ölkənin səhiyyə rəsmilərinə istinadla məlumat yayıb.
Kaliforniya Xalq Sağlamlığı Departamentinin məlumatına görə, xəstə yoluxmazdan əvvəl Şərqi Afrikaya səfər edib. Bildirilib ki, o, hazırda Kaliforniyada müalicə olunur və digər şəxsləri yoluxdurması riski aşağıdır.
“Zərərçəkmiş evdə təcrid olunmuş vəziyyətdədir və tibb işçiləri ehtiyat tədbiri olaraq onun yaxınları ilə əlaqəsini yoxlayır”, - məlumatda deyilir.
Qeyd edək ki, meymunçiçəyi virus infeksiyası nəticəsində yaranan nadir xəstəlikdir. Gəmiricilər və ya kiçik heyvanların dişləmələri ilə yoluxan xəstəlik daha çox Afrika ərazilərində yayğındır. Yüngül simptomları qızdırma, titrəmə və bədən ağrıları, ağır simptomları isə üz, əllər, sinə və bədənin digər nahiyələrində meydana gələn qızartılar, yaralardır.