Xamenei komaya düşüb?


İsrail mətbuatı İranın ali dini lideri, 85 yaşlı Ayətullah Əli Xameneinin reanimasiyada olduğunu yazıb.
Yeniavaz.com
“Yeni Şafak”a istinadla xəbər verir ki, daha əvvəl də səhhətində problemlərin olduğu bildirilən Xameneinin sonuncu dəfə noyabrın 7-də ictimaiyyət qarşısına çıxdığı qeyd olunub.
Bildirilir ki, “New York Times” oktyabr ayının əvvəlində İranın ali dini liderinin ağır xəstə olduğunu yazıb. Lakin İranın rəsmi qurumları Xameneinin səhhəti ilə bağlı heç bir amıqlama yaymayıblar.
İddiaya görə, İran rəsmiləri mümkün ölüm halında bunu ictimaiyyətdən gizləməyi və baş verə biləcək çaxnaşmaların qarşısını almağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top