Çinin şərqindəki İsin şəhərində universitet şəhərciyinə hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN yerli polisin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, nəticədə 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hücum edən şəxs bir müddət əvvəl imtahandan kəsilən və attestat almayan keçmiş tələbə olub. O, saxlanılıb.
Polis başqa təfərrüatları açıqlamayıb.