Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığması ilə keçirəcəyi sonuncu - VI tur oyununun hakim təyinatları açıqlanıb.
Yeniavaz.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Seyka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voytsex Mits yerinə yetirəcək.
Qeyd edək ki, İsveç yığması ilə oyun noyabrın 19-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.