Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson karyerasını davam etdirmək istəyir və növbəti döyüşünü 2025-ci ildə keçirməyi planlaşdırır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Taysonun nümayəndəsi məlumat verib.
“Mayk hələ də boksla məşğul olmaq istəyir. O, növbəti döyüşünü 2025-ci ildə keçirə bilər. Biz onun rəqibi ilə bağlı məsələləri daha sonra nəzərdən keçirəcəyik”, - o, bildirib.
Qeyd edək ki, şənbə günü boksçu ABŞ-nin Arlinqton şəhərindəki AT&T arenada keçirilən səkkiz raundluq döyüşdə yekdil qərarla məşhur bloqqer Ceyk Pola uduzub: 73-79.
Xatırladaq ki, Taysonun 58 yaşı var. Onun 50 döyüşdə qalib gəlib (44-ü nokautla), 7 döyüşdə məğlub olub. Daha iki döyüş etibarsız sayılıb.