“Trampın komandası ilə müharibə daha tez bitəcək” – Zelenski


“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə Rusiya-Ukrayna müharibəsi daha tez bitəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Suspilna”ya müsahibəsində deyib.
“Ədalətli dünya bizim üçün çox vacibdir ki, sizə qarşı edilən haqsızlığa görə əlimizdən gələni itirmişik hissi olmasın deyə. Müharibə bitəcək, amma dəqiq tarix yoxdur. Təbii ki, indi Ağ Evə başçılıq edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdikləri vədlərdir və onlar üçün də çox vacibdir”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Tramp Zelenski ilə telefon danışığı zamanı Ukraynanın mövqeyini eşidib:
“Mən bizim mövqeyimizə zidd heç nə eşitməmişəm”.
Trampın Ukraynadan Rusiya ilə danışıqlarda iştirakını tələb edib-etmədiyini soruşduqda, Zelenski belə cavab verib:
“Biz müstəqil ölkəyik. Və bu müharibə zamanı biz – həm xalqımız, həm də şəxsən mən ABŞ, Tramp, Bayden və Avropa liderləri ilə danışıqlarda sübut etdik ki, “Otur və qulaq as” ritorikası bizimlə işləmir”.

DİGƏR XƏBƏRLƏR

Top