Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 13,6 milyard dollar azalıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu, həmçinin “X” sosial şəbəkəsinin sahibi olan İlon Maskın ümumi sərvəti hazırda 307 milyard dollar təşkil edir.
Onu da bildirək ki, ABŞ-də prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampı açıq şəkildə dəstəkləyən İlon Maskın sərvəti seçkidən dərhal sonra 26,5 milyard dollar artıb.
Ümumiyyətlə son bir ay ərzində İlon Maskın sərvətinin təxminən 90 milyard dollardan çox artdığı bildirilir.
Onu da bildirək ki, “Bloomberg Milyarderlər İndeksi”ndə yer alan milyarderlər arasında ikinci sırda "Amazon"un qurucusu Ceff Bezos dayanır. Onun sərvəti isə 232 milyard dollardır.
Murad Məmmədov