“Ermənistan Azərbaycana regional kommunikasiyaların açılması məsələsi ilə bağlı təklif göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat verib.
“Mən təfərrüatlara girə bilmərəm, lakin ümumilikdə bu təkliflərin ruhu iki ölkənin suverenliyinə əsaslanan “Dünyanın kəsişməsi” layihəsindən irəli gəlir”, - o, bildirib.
Onun sözlərinə görə, Azərbaycandan hələlik cavab gəlməyib.