İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” bölmələrinə qarşı döyüş əməliyyatları zamanı bir hərbçisinin öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məumata görə, Livanın cənubundakı kəndlərdən birində keçirilən xüsusi əməliyyat zamanı “Qolani” briqadasının 51-ci batalyonunun taqım komandiri, 21 yaşlı leytenant İvri Dikşteyn öldürülüb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı 794 nəfərə çatıb.
İsrail ordusu həmçinin bildirib ki, İsrailin şimalında “Hizbullah”ın rəhbərlik etdiyi pilotsuz təyyarənin hücumu nəticəsində daha iki İsrail əsgəri yaralanıb.