Noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyəti bərpa edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.
“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək”, - məlumatda deyilir.