“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hazırdır”


“Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Kobaxidze Gürcüstan İctimai Televiziyasının Birinci Kanalına müsahibəsində bildirib.
“Əgər Gürcüstanın danışıqların təmin edilməsi prosesində vasitəçilik rolunu oynamasına və ya daha fəal iştirak etməsinə maraq olarsa, biz bununla bağlı hazır olduğumuzu həmişə qeyd edirik. Bu hazırlıq bu gün də qüvvədədir və əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəmizə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib.
Qeyd edək ki, əvvəllər Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında bir neçə dəfə vasitəçi kimi çıxış edib. O cümlədən, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə Bakıya minalanmış xəritələr göndərib.
Vasitəçiliyin digər nümunəsi 2022-ci il iyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olub.
2023-cü ilin oktyabrında ilk dəfə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top