Qəzzada ölənlərin sayı 43,7 mini keçdi


İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında hərbi əməliyyatlara başlamasından bəri Qəzza zolağında 43,7 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabrından bu yana İsrail ordusunun Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 43 min 736, yaralananların sayı isə 103 min 370 nəfərə çatıb”, - nazirlik bildirib.
Qeyd olunub ki, son 24 saat ərzində İsrailin Qəzzanı bombalaması və atəşə tutması nəticəsində 24 fələstinli ölüb, 112 fələstinli yaralanıb.
Fələstinin HƏMAS hərəkatı isə öz növbəsində Qəzza zolağının blokadaya alınmış şimal bölgələrində son 40 gündə 2 min nəfərin öldüyünü, 6 min nəfərin isə yaralandığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top