İnyesta Danimarkada futbol klubu aldı


İspaniya millisinin heyətində 2010-cu il FİFA Dünya Kuboku çempionu olan Andres İnyestanın təsis etdiyi NSN şirkəti Danimarka çempionatının üçüncü divizionundakı “Helsinqor” klubunu alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o özü Danimarkanın TV2 telekanalına məlumat verib.
“Futbol, ​​idman bizim həyatımızdır. Klubun müsbət əhval-ruhiyyəsini bəyənirəm və əminəm ki, mən də klubun bir parçası ola bilərəm. Odur ki, var gücümlə kluba töhfə verməyə, inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağam”, - İnyesta deyib.
Qeyd edək ki, “Helsingor” 2005-ci ildə yaradılıb. Komandanın ən yaxşı nəticəsi 2016/17 mövsümündə Danimarka çempionatının ikinci divizionunda üçüncü yeri tutması olub. Bu mövsüm 15 turdan sonra komanda 19 xal toplayıb və turnir cədvəlində yeddinci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top