Dörd ay əvvəl korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədovun ev dustaqlığına buraxıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətini əsaslı hesab edib.
“R.Əliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınmaq fikrinin real görünməməsi qətimkan tədbirinin dəyişməsi üçün əsaslar hesab edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədov 70 min manat rüşvət almaqda ittiham olunur. İş üzrə ilkin istintaq davam edir.