Son bir ayda Qəzza zolağında ən azı 20 humanitar yardım işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb .
Sənədə əsasən, bu il oktyabrın 10-dan noyabrın 13-dək Qəzza zolağında fəaliyyət göstərən xeyriyyə və humanitar təşkilatların azı 20 əməkdaşı İsrail Müdafiə Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar və hava hücumları zamanı həlak olub.
“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardımın çatdırılması zamanı həlak olublar”, - telekanal təşkilatların hesabatına istinadən bildirir.