İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” bölmələrinə qarşı döyüş əməliyyatları zamanı 6 hərbçinin öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki. bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Livanın cənubundakı kəndlərdən birində binada olan “Hizbullah” silahlıları ilə atışmada həlak olublar. Onların hamısı “Qolani” briqadasının 51-ci batalyonunda xidmət ediblər.
Bu məlumatları nəzərə alaraq, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı 793 nəfər olub.