Bitkoin 93 min dolları keçərək tarixi rekordunu yeniləyib


Bitkoinin qiyməti artmaqda davam edir və noyabrın 13-ü axşam saatlarında 93 min dolları keçərək, bu, kriptovalyutanın tarixi rekordunu dördüncü dəfə yeniləyib.
Yeniavaz.com
bu barədə “Binance” birjasına istinadən məlumat verir.
Bakı vaxtı ilə saat 20:16-da kriptovalyutanın qiyməti gündə 8,2% artaraq 93 004 dollar təşkil edib.
Qeyd edək ki, kriptovalyuta noyabrın 5-də Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra bahalaşmağa başlayıb. “Binance” CEO-su Riçard Teng, “Financial Times”a verdiyi müsahibədə, Trumpın qayıdışı ilə kriptovalyutalar üçün qızıl dövrün olacağını proqnozlaşdırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top