“Rusiyanın özü də dəfələrlə açıq şəkildə bəyan edib ki, ATƏT-in Minsk qrupunun işindən narazıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz özümüz onun işindən narazı qaldıq, onu daha çox tənqid etdik, xüsusən də qərblilər onun işini əngəlləməyə başlayandan və bu mövqeyini açıq ifadə etdikdən sonra”, - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, 2022-ci ilin fevralında Qərb dövlətləri ATƏT-in Minsk qrupunu dəfn ediblər:
“Sonra məlum olub ki, onlar problemi həll etmək deyil, öz maraqlarını müdafiə etmək, siyasiləşdirmək əzmindədirlər. Minsk Qrupu bizdən ciddi və sərt rəftarla üzləşdi, biz də bütövlükdə vəziyyətin həlli üçün qrupun işinə öz töhfəmizi verdik və bu töhfə iki ölkədə (Azərbaycan və Ermənistan – red.) dəfələrlə yüksək səviyyədə qiymətləndirilib”.