“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üçün qarşılıqlı məqbul həll yoluna yaxındırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı deyib.
O bildirib ki, Ermənistan kommunikasiyaların bloklanması ilə bağlı Azərbaycana yazılı təklif göndərib:
“Çox güman ki, regional kommunikasiyaların açılması məsələsində tamamilə qarşılıqlı məqbul ola biləcək həll yolu tapacağıq”.
O, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.