“Rusiyanın cavabı dağıdıcı olacaq” – Zaxarova


“Moskva Kiyevin Rusiya ərazisinə dərindən zərbə endirməsinə icazə verməsini NATO üzvü olan ölkələrin birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova bildirib ki, Rusiyanın müvafiq qərara cavabı Qərb üçün qaçılmaz və dağıdıcı olacaq.
Diplomat Britaniya mətbuatında Baş nazir Keir Starmer və Fransa
Prezidenti Emmanuel Makronun ABŞ-nin hazırkı Prezidenti Co Baydeni yeni seçilmiş Amerika lideri Donald Trampın andiçmə mərasimindən əvvəl Kiyevə Rusiyanın dərinliklərində “Storm Shadow” raket zərbələri endirməyə icazə verməyə inandırmağa çalışmaq niyyəti ilə bağlı dərc olunmuş məqaləyə diqqət çəkib. Qeyd olunub ki, Londonda Ağ Evin belə bir addımla razılaşacağına ümidlər var.
“Əgər Kiyev rejimi qeyd olunan zərbələrə icazə alarsa, biz bunu NATO ölkələrinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcəyik Qərbin uzaqmənzilli sistemlərinin ölkəmiz ərazisində tətbiqi onlar üçün qaçılmaz və dağıdıcı olacaq”, - nümayəndə deyib.

DİGƏR XƏBƏRLƏR

Top