Ermənistanda onlarla polis narkotikdən istifadə edib


2024-cü ildə narkotik istifadəsinə görə 47 polis əməkdaşı işdən çıxarılıb.
Yeniavaz.com
“news.am” portalına istinadən xəbər verir ki, bunu noyabrın 13-də Ermənistan Milli Assambleyasının iclasında parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, bu rəqəm son dərəcə narahatedicidir: “Bütün hüquq-mühafizə orqanlarında xidmətə başlamazdan əvvəl onlar, bizə deyildiyi kimi, sınaqlardan keçirlər, amma sonda belə rəqəmlərlə qarşılaşırıq”.

DİGƏR XƏBƏRLƏR

Top