“Sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı yeni proses başlayacaq” – Hikmət Hacıyev


Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur: “Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq".

DİGƏR XƏBƏRLƏR

Top