UEFA Millətlər Liqasının V turu çərçivəsində baş tutacaq Azərbaycan – Estoniya oyununu idarə edəcək hakimlər təyin olunub.
Yeniavaz.com xəbər verir ki, 16 noyabr saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid (Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Yeva Qayevska (Polşa).