Türkiyə millisinin və “Real Madrid” komandasının futbolçusu Arda Gülər “Fənərbağça”ya qayıda bilər.
Yeniavaz.com ispan jurnalist Eduardo İndaya istinadla xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisində ehtiyatda qalmasıdır.
Onun sözlərinə görə, Arda Gülər demək olar ki, heç oynamır. Buna görə də, istedadlı futbolçu daha çox oyun praktikası qazanmaq üçün qış transfer dövründə icarə əsasında başqa kluba keçmək istəyir. “Ehtimallardan biri də Mourinyonun “Fənərbağça”sıdır”, - ispan jurnalist bildirib.
İnda Arda Gülərin yarım sezon “Fənərbağça”ya keçməyə razı olduğunu qeyd edib.
O, artıq bu istəyini “Kral klubu”nun rəhbərliyinə də çatdırıb.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 12 matçda çıxış edib və 307 dəqiqə meydanda olub.