“SpaceX”in qurucusu İlon Maskın siyasi komitəsi “America PAC” prezidentlik kampaniyası zamanı Respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, bu, ABŞ-də milyarderlərin seçkilərə necə təsir edə biləcəyinə dair yeni standart müəyyən edir.
Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti qeyd edib ki, “Tesla” və “SpaceX” rəhbəri bütün vəsaitlərin böyük əksəriyyətini “America PAC”a verib, lakin məbləği dəqiqləşdirməyib.
Mənbə vurğulayıb ki, pullar əsasən nadir hallarda səs verən vətəndaşları və ilk dəfə seçkilərdə iştirak edən seçiciləri cəlb etmək üçün ayrılıb.
Agentlik bildirib ki, Tramp prezidentlik yarışı zamanı Maskın köməyini yüksək qiymətləndirib. Agentlik həmçinin Maskın ABŞ-nin yeni seçilmiş prezidentinin administrasiyasında əsas rol oynayacağını bildirib.