İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı döyüş əməliyyatları nəticəsində bir hərbçinin öldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 34 yaşlı mayor İtamar Levin Fridman sektorun şimalında gedən döyüşdə həlak olub.
Son məlumatları nəzərə alsaq, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı İsrail ordusunun ölən hərbçilərinin sayı artıq 783 nəfər təşkil edib.