Bitkoinin qiyməti ticarət zamanı yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə saat 19:36-da kriptovalyuta 84 min dolları keçib.
20:07-də son 24 saat ərzində kriptovalyutanın qiyməti 7,8% artıb.
“CoinDesk”in məlumatına görə, noyabrın 10-da axşam saatlarında bitkoin tarixdə ilk dəfə 81 min dolları ötüb 84,767 min dollar olub.
Məlumat üçün qeyd edək ki, bitkoinin qiyməti Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra rekord həddə çatıb. Səsvermədən bir gün sonra, noyabrın 6-da kriptovalyuta 8,85% artaraq 74,2 min dollar olub.