Dünya Bankının prezidenti Ajay Banga BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin idarə rəisi Ramin Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.