Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb.
Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirilib.
Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
***16:28
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.