Mask Tramp administrasiyasında vəzifə tutmayacaq – CNN


Amerikalı sahibkar İlon Mask ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında vəzifə tutmayacaq, lakin onun respublikaçılara təsiri artmaqda davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Tramp biznesmenə bir neçə vəzifə təklif edib, lakin Maskın özü daimi olaraq hər hansı dövlət vəzifəsini tutmaq istəmir, çünki bu, onun şirkətlərdəki fəaliyyətini məhdudlaşdıracaq.
Bununla belə, mənbələr Maskın Tramp üzərində böyük təsirinə işarə edir. Telekanal qeyd edir ki, sahibkar demək olar ki, hər gün seçilmiş prezidentlə görüşlərdə və kadrlarla bağlı qərarların qəbulunda iştirak edir.
Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, amerikalı iş adamı İlon Mask ABŞ-ninn yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığında iştirak edib. Söhbət zamanı Mask Ukraynaya öz “Starlink” kommunikasiya sisteminə çıxışı davam etdirəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top