Livanda münaqişə başlayanadan bəri 200-dən çox uşaq ölüb – UNICEF


Livanda münaqişənin kəskinləşməsindən bəri 200-dən çox uşaq ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəliyinin “X” sosial şəbəkə hesabındakı bəyanatında deyilir.
“Livanda bugünkü dəhşətli hücumlardan sonra ən azı daha 7 uşaq ölüb və bununla da ümumi ölənlərin sayı 200-dən çox olub”, - bəyanatda bildirilib.
Bəyanatda qeyd edildiyi kimi, beynəlxalq humanitar hüquqa əsasən, uşaqlar heç vaxt hədəfə alınmamalıdır və onların müdafiəsi hüquqi öhdəlikdir.
Livan Səhiyyə Nazirliyinin Fövqəladə Əməliyyatlar Mərkəzinin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri ölkədə bombardmanlar və artilleriya atəşləri nəticəsində 3,1 mindən çox insan həlak olub, 14 mindən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top