Qəzzada “İslami Cihad”ın əməliyyat qərargahının rəhbəri öldürüldü


Fələstinin "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəhbəri Məhəmməd Əbu Sahil Qəzza zolağının şimalında endirilən hava zərbəsi nəticəsində öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri dəqiq zərbə endirib və “İslam Cihad” terror təşkilatının Qəzza zolağındakı əməliyyatlarının rəhbəri Məhəmməd Əbu Sahili məhv edib”, - məlumatda qeyd edilib.
Ordunun məlumata görə, o, “İslami Cihad” terror təşkilatının sıralarında mühüm fiqur olub. Əbu Sahil terror fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak edib, həmçinin Fələstinin HƏMAS hərəkatının İsrail mülki əhalisinə və Qəzza zolağında fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinə qarşı hücumları ilə koordinasiya edib.
Mətbuat xidməti qeyd edib ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurmaq riskini azaltmaq üçün addımlar atılıb.

DİGƏR XƏBƏRLƏR

Top