“SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verməsi barədə bəzi media resurslarında yayılmış xəbərlər həqiqəti əks etdirmir və belə bir yanğın baş verməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“Media subyektlərindən məlumat yayarkən rəsmi qurumlarla dəqiqləşdirmə aparılmasını bir daha xahiş edirik”, - məlumatda qeyd edilib.