Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (Cop29) iştirak edəcək,
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Gürcüstanın "Birinci Kanalı" ölkə hökumətinə istinadən yayıb.
Gürcüstan hökumətindən verilən məlumata görə, konfransa BMT-nin baş katibi Antonio Quterreş və Azərbaycan prezidenti İlham Əliyev ev sahibliyi edəcək.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə şəxsi görüş keçirəcək. İrakli Kobaxidzenin Cop29 liderlər sammitində, eləcə də müxtəlif mövzularda dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində çıxışı planlaşdırılır. BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransı iqlim dəyişikliyinin həm insan, həm də iqtisadi həyata təsirinin qiymətləndirilməsinə yönəldiləcək”, - deyə rəsmi məlumatda bildirilir.