İraq öz hava məkanından İrana zərbələr endirilməsinə qarşıdır


İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Araci bildirib ki, Bağdad İraqın hava məkanından İrana və ya regionun hər hansı digər ölkəsinə zərbələr endirilməsinə qəti şəkildə qarşıdır.
Yeniavaz.com
 "Mehr" agentliyinə istinadən xəbər verir ki, əl-Araci İranın Bağdaddakı hərbi attaşesi, general-mayor Məcid Qalipur ilə görüşdə İraqın mövqeyini təkrarlayıb.
Xatırladaq ki, Tehranın bəyanatına əsasən, oktyabrın 26-da İsrail döyüş təyyarələri Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi hədəfləri atəşə tutmaq üçün İraq üzərində ABŞ-ın nəzarətində olan hava məkanından istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top