Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi Joze Mourinyonun məşhur aşpaz Nusret Gökçe ilə çəkdirdiyi videosu azarkeşlər arasında ciddi tənqid olunub.
Yeniavaz.com xəbər verir ki, ət restoranları və ətlərə "duz səpmək" hərəkatı ilə dünya şöhrəti qazanan Nusret Gökçe bir müddət əvvəl "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu qonaq edib.
Nüsrətin Mourinyo ilə çəkdirdiyi videonu “İnstagram” hesabında yerləşdirməsi azarkeşləri qəzəbləndirib.
"Fənərbağça"nın Avropa Liqasında “AZ Alkmaar”a məğlub olduqdan sonra Mourinyonun restoranda əylənməsinə azarkeşlərin bəziləri belə reaksiya verib:
"Adam “Fənərbağça” ilə maraqlanmır"
“Bu gün “Sivasspor”a uduzsanız, görün nə olur”
"Meydanda şounu göstər, Mourinyo"
“Fənərbağça”mızın pulunu yeyir və komanda bərbad vəziyyətə düşür”
“Bu adam “Fənərbaxça”nı çempion etmək əvəzinə hər şeyi edir”.
Qeyd edək ki, “Fənərbağça" klubu bu axşam Türkiyə vaxtı ilə saat 19:00-da doğma meydanda "Sivasspor"u qəbul edəcək.