Qvineya-Bisau Prezidenti də Azərbaycana gəlib


Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Yeniavaz.com 
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu gün Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki və San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada Azərbaycana səfərə gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top