Tbilisidə seçkinin nəticələrinə qarşı yürüş başladı


Tbilisidə müxalifət nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə qarşı yürüş təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat yayıb.
Bildirilib ki, etirazçılar Tbilisidə “Marcanişvili” və “Dövlət Universiteti” metro stansiyaları yaxınlığında toplaşıblar.
Onlar toplaşdıqdan sonra əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları ilə paytaxtın küçələri ilə hərəkət etməyə başlayıblar. Onlar yol boyu Tbilisi sakinlərini seçkinin nəticələrinə etiraz olaraq onlara qoşulmağa çağırırlar.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayıb, qalib gəlib və fərdi qaydada hökumət qurmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir və hakimiyyəti yeni seçkilər təyin etməyə məcbur etməyi planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top