İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 43,5 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 43 min 508-ə yüksəlib, daha 102 min 684 nəfər yaralanıb”, - Nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, İsrailin bombardmanları nəticəsində təkcə son 24 saat ərzində Qəzzada 39 fələstinli həlak olub, daha 123 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu bəyan edən hesabat yayıb.