Hindistanlı Aniş Sarkar tarixdə FİDE reytinqi alan ən gənc şahmatçı olub.
Yeniavaz.com xəbər verir ki, 2021-ci ilin 26 yanvarında anadan olmuş Aniş Sarkar 31 oktyabr tarixinə olan məlumata görə 1555 fərdi reytinqə malikdir.
Beləliklə, o, hindistanlı Tejas Tivarinin rekordunu qırıb.
“First Post” yazır ki, T. Tivari 2023-cü ildə, 5 yaşında olarkən FİDE reytinqinə malik şahmatçı olub.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına görə, reytinq əldə etmək üçün şahmatçı 26 ay ərzində reytinqdə olan şahmatçılara qarşı ən azı 5 oyun keçirməli və ən azı yarım xal qazanmalıdır. Sərkar ilk klassik reytinq turnirində iştirak edib və 8 oyunda 5,5 xal toplayaraq 24-cü yeri tutub.