Rusiya Kanadaya nota verdi


Rusiya Xarici İşlər Nazirliyi Kanadaya nota verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Noyabrın 8-də Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona NATO ölkələrinə qarşı “Rusiya təxribatı” planlaşdırıldığına dair saxta ittihamlarla bağlı rəsmi nota təqdim edilib”, - məlumatda deyilir.
“Kanada tərəfinə hər hansı bir düşmən hərəkətinin cavabsız qalmayacağı çatdırılıb. Kanada hakimiyyəti ehtiyatlılıq nümayiş etdirməli və Rusiya ilə qarşıdurmanı dərinləşdirən zərərli addımlardan çəkinməlidir. Kanada tərəfinin ABŞ-ın təhriki ilə Rusiyanın guya NATO ölkələrinə qarşı təxribat hazırlaması ilə bağlı yaydığı fərziyyə, ehtimal ki, kobud anti-Rusiya təxribat hazırlığından xəbər verir”, - Rusiya XİN-in məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top