UEFA Avropa Liqasının IV turu çərçivəsində baş tutan “Tottenhem”lə matçda zədələnən “Qalatasaray”ın futbolçusu Mauro İkardinin vəziyyəti açıqlanıb.
Yeniavaz.com “Bein sports”a istinadla xəbər verir ki, ulduz futbolçuya sağ dizinin ön çarpaz bağında qopma və menisküsünün zədələnməsi diaqnozu qoyulub.
“Sarı-qırmızılı” klubdan verilən açıqlamada bildirilib ki, əməliyyat olunması planlaşdırılan futbolçunun reabilitasiyası başlayıb.
İkardinin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.