“Hizbullah” İsrailin iki hərbi bazasına raket zərbələri endirib


Livanın “Hizbullah” şiə hərəkatı yəhudi dövlətinin şimalındakı Hayfa şəhəri yaxınlığında yerləşən iki İsrail hərbi obyektinə raket zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında dərc olunub.
Bildirilib ki, Hayfanın şimal-qərbində yerləşən İsrail hərbi dəniz qüvvələrinin “Stella Maris” bazası və şəhərin cənub-şərqindəki Ramat David aviabazaları hücuma məruz qalıb. Əməliyyatın nəticələri barədə məlumat verilməyib.
Zərbələrin İsrailin Fələstin və Livan xalqlarına qarşı həyata keçirdiyi hücum və qırğınlara cavab olaraq endirildiyi bildirilib.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat çərçivəsində təşkilatın hərbi obyektlərinə irimiqyaslı zərbələr endirir. İsrail rəsmiləri bəyan ediblər ki, əməliyyatın məqsədi yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır ki, on minlərlə sakin oraya qayıda bilsin. Sentyabrın 27-də İsrailin endirdiyi zərbələrdən biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top