BMT-nin Bakıda keçiriləcək iqlim konfransında (COP29) Rusiyanı Baş nazir Mixail Mişustin təmsil edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin “Valday” plenar iclasında müvafiq sualı cavablandırarkən deyib.
Putin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu bu tədbirə dəvət edib:
“Dəvət edib. Lakin mən çox yaxında orada idim. Biz razılaşdıq ki, Rusiya yüksək səviyyədə təmsil olunacaq. Rusiya hökumətinin sədri Mixail Vladimiroviç Mişustin bu tədbirdə iştirak edəcək”.
Xatırladaq ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub.