Amerikanın Yemassi şəhərində (Cənubi Karolina) “Alpha Genesis” tədqiqat mərkəzində saxlanılan ən azı 40 meymun azadlığa çıxa bilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” polis məlumatlarına istinadən məlumat yayıb.
"Sakinlərə heyvanların evlərinə girməsinin qarşısını almaq üçün qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunur. Meymunu görən hər kəs onunla təmasda olmamalı və 911-ə zəng etməlidir", - məlumatda deyilib.
Telekanalın qeyd edib ki, mütəxəssislər beyin də daxil olmaqla müxtəlif xəstəlikləri öyrənmək üçün meymunlar, əsasən makaka və kapuçinlər üzərində araşdırma aparıblar.
Həmçinin bildirilib ki, hazırda qaçan primatların hansı testlərdə iştirak etdiyi və onların hər hansı virusa yoluxduğu məlum deyil.