Bakıda plastik cərrahiyyə ilə məşğul olan “həkimin” müvafiq sertifikatı yox imiş – Rəsmi


“Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması ilə bağlı mediadan müraciətlər daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfətin həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.
“Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati  xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Nigar Rüfət

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib”, - məlumatda deyilir.

Natəvan Əmirova

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova da 49 plastik cərrahın siyahısını yayaraq, onların estetik cərrahiyyə üzrə rezidentura təhsili almadığını, lakin bu sahədə fəaliyyət göstərdiyini bildirmişdi. Sözügedən siyahıda Natəvan Əmirovanın da adı var idi.

DİGƏR XƏBƏRLƏR

Top